Dostları Cabir İmanovun ölüm xəbəri haqqında: "Axşam toyda olub, özünü yaxşı hiss edirdi" (VİDEO)
Əməkdar artist Cabir İmanovun vəfatı onun dostlarını dərindən sarsıdıb.
"Axşam toyda olub, özünü yaxşı hiss edirdi. Bu gün saat 15:30-da görüşümüz var idi, qismət olmadı", - deyə Elçin Əkbərov təəssüflə qeyd edib.
Əməkdar artist Ramil Qasımov isə əlavə edib:
"Ən kədərli günümüzdür. Çünki bu gün milyonlarla insanı güldürən adamın yaxınları, əzizləri ağlayırlar".
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.