AZ

Trampın komandası Qəzza ilə bağlı təklifə radikal dəyişikliklər ETDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın komandası Qəzza üzrə sülh planına köklü dəyişikliklər edib.

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş nazirinə yaxın yüksək vəzifəli rəsmilərdən biri N12 kanalına bildirib.

Onun sözlərinə görə, dəyişikliklər planı İsrailin qəbul etməsi üçün daha real formaya salmaq məqsədilə aparılıb.

Rəsmi əlavə edib: "Biz bilirik ki, HƏMAS silahı yerə qoymağa razılıq verməyəcək. Əgər müharibənin qəti şəkildə başa çatacağına dair mütləq zəmanət olmasa, onlar girovları da bir anda azad etməyə hazır deyillər. Hətta bu reallaşacağı təqdirdə onların sözlərinə əməl edib-etməyəcəklərinə dair şübhələr qalır".

Qeyd edək ki, bu məlumat Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və strateji planlaşdırma naziri Ron Dermerlə görüşündən sonra üzə çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
redaktor.az

4Mənbələr