AZ

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Xalq artisti Cavan Zeynallı başqa ölkədə qızının olması ilə bağlı iddialara cavab verib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, övladının olması haqda xəbərləri yalanlayıb:

"Mən ansambllarla çox qastrolda olmuşam. Moskvaya getmişdim, 5 il məni buraxmadılar. Mənim nə Ukraynada, nə də ki, Rusiyada qızım var. Yalandır, hamısı boş-boş söhbətlərdir. Soruşurdular ki, sizin uşağınız var? Yalandan deyirdim ki, var. Bu mənim fantaziyam idi ki, məndən əl çəksinlər. Onlar istəyirdilər ki, mənim də uşağım olsun".

Qeyd edək ki, Cavan Zeynallının ilk evliliyindən qızı olduğu deyilirdi.

Seçilən
1
2
demokrat.az

3Mənbələr