AZ

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xalq artisti Afaq Bəşirqızı bu gün vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.Bizim.Media xəbər verir ki, aktrisa bu xəbərə inana bilmədiyini qeyd edib:“İnanmıram, Cabir... İnanmaq istəmirəm... Zəngini gözləyirəm. Gözləyirəm, zəng edib deyəcəksən ki, “Afaq xanım, bu, bir zarafatdır”. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu.

Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan... Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb. Ruhun şad olsun, əziz insan”.Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
bizim.media

2Mənbələr