AZ

UEFA nın saytı: “Qarabağ” “Benfika” uğurunu davam etdirməyə çalışacaq”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

UEFA-nın rəsmi saytında oktyabrın 1-i Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa yazı həsr olunub.

İdman.biz-in xəbərinə görə, yazıda qeyd olunur ki, Lissabonda “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ” uğuru davam etdirməyə çalışacaq.

“Qarabağ” və “Kopenhagen” beşinci dəfə üz-üzə gələcək. Dörd görüşün birində “Qarabağ”, üçündə isə danimarkalılar qələbə qazanıb.

1998/99 mövsümündə Kuboklar Kubokunun seçmə mərhələsində “Kopenhagen” “Qarabağ”ı evdə 6:0, səfərdə isə 4:0 hesabı ilə məğlub edib.

“Qarabağ” Çempionlar Liqasının 2017/18 mövsümünün pley-off mərhələsinə evdə “Kopenhagen” üzərində 1:0 hesablı qələbə ilə başlayıb. Danimarkada 2:1 hesabı ilə məğlub olan ağdamlılar səfər qolunun hesabına irəliləyib” – məqalədə vurğulanır.

Həmçinun bildirilir ki, “Qarabağ” avrokuboklarda heç bir başqa Danimarka klubu ilə qarşılaşmayıb, “Kopenhagen” də ağdamlılardan başqa Azərbaycan liqasının heç bir komandası ilə qarşı-qarşıya gəlməyib.

“Qarabağ” ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Onlar 2017/18 mövsümündə qrup mərhələsində çıxış ediblər. Azərbaycan çempionu “Roma”, “Çelsi” və “Atletiko Madrid”in daxil olduğu qrupda sonuncu yerdə qərarlaşıb və hər iki xalını “Atletiko Madrid”lə oyunlarda qazanıb. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iştirak edən yeganə Azərbaycan komandasıdır.

Bu, “Qarabağ”ın Avropa yarışlarında ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötənilki UEFA Avropa Liqasının ümumi mərhələsində klub səkkiz oyunda 7 məğlubiyyətlə (1 qələbə) 36-cı yeri tutub”, - məqalə müəllibləri qeyd edirlər.

Həmçinin “Kopenhagen” 2023/24 mövsümündən bəri Çempionlar Liqasının əsas mərhələsində iştirak etmədiyi bildirilir: “Bu, onların nüfuzlu Avropa yarışlarında yeddinci ümumi/qrup mərhələsində iştirakıdır. Bu, Danimarka klubları üçün rekorddur.

Keçən mövsüm “Kopenhagen” UEFA Konfrans Liqasının 1/8 finalına yüksəlib və burada “Çelsi”yə ümumilikdə 3:1 hesabı ilə uduzub”.

Daha sonra bu klublara dair əsas statistika gətirilir: “Hər iki komanda bu Avropa mövsümünə ikinci təsnifat mərhələsindən başlayıb.

“Qarabağ” bu Çempionlar Liqasında 7 oyunda 6 qələbə qazanıb (1 məğlubiyyət). Azərbaycan çempionu ilk turda Lissabonda “Benfika”nı məğlub edərək 0:2 hesabı ilə geri qayıdıb. Bu, klubun əsas püşkatmada ilk qələbəsi olub. Ağdamlılar Çempionlar Liqasında keçirdikləri son 4 oyunda 13 qol vurublar. “Qarabağ” öz evində keçirdiyi son 9 avrokubok oyunundan 7-də məğlub olub (2 qələbə).

“Kopenhagen” ümumi mərhələnin əvvəlində evdə “Bayer Leverkuzen”lə 2-2 heç-heçə edib. Danimarkalılar bu Avropa mövsümündə məğlub olmayıblar (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapılarını toxunulmaz saxlayıblar. Danimarka çempionu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi son dörd matçda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə). “Kopenhagen” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi son 20 səfər oyunundan yalnız ikisində qalib gəlib (4 heç-heçə, 14 məğlubiyyət)”

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
icma.az

8Mənbələr