Cənubi Azərbaycanın "Traktor" komandası Asiya Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Təbriz komandası “Səhənd” stadionunda "Əl-Vahda"nı (BƏƏ) qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Əl-Vahda" 4 xalla 2-ci, "Traktor" isə 2 xalla 6-cıdır. Yarışda ümumilikdə 12 komanda mübarizə aparır.