AZ

Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyunca 1 km-ə qədər hündürlükdə axşam və gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı oktyabrın 23-ə qədər uzadıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə bildirib.

Qadağa 19 sentyabrda qüvvəyə minib və əvvəlcə sentyabrın 30-a qədər nəzərdə tutulmuşdu.

"Müəyyən olunmuş vaxtlarda bütün hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır", - mənbə deyib.

Məlumata görə, məhdudiyyət hər gün saat 17:00-dan (Bakı vaxtı ilə saat 21:00) 04:00-dək (Bakı vaxtı ilə 08:00) qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl qonşu Latviya da ölkə sərhədləri, o cümlədən Rusiya və Belarusla sərhədlər üzərində hava məkanını gecə saatlarında bağlamaq qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
azpolitika.info

3Mənbələr