AZ

“Barselona” zirvəyə yüksəldi

La Liqanın 7-ci turunda “Barselona” öz meydanında “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

News24.az xəbər verir ki, qonaqlar 31-ci dəqiqədə Odriozolanın qolu ilə önə keçsə də, 43-cü dəqiqədə Kounde tarazlığı bərpa edib. 59-cu dəqiqədə isə Lewandowski fərqlənərək Kataloniya klubuna qələbəni qazandırıb.

Bu nəticə ilə “Barselona” xallarını 19-a çatdıraraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Real Sosyedad” isə 5 xalda qalıb.

Xeyrənsə Piriyeva

Seçilən
51
news24.az

1Mənbələr