Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
Publika.az xəbər verir ki, hazırda idmançılarımızın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var.
Siyahıya Rusiya (34 qızıl, 8 gümüş, 7 bürünc) başçılıq edir. Belarus (4 qızıl, 13 gümüş, 15 bürünc) üçüncü, Özbəkistan isə (3 qızıl, 3 gümüş, 14 bürünc) dördüncüdür.
İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.
III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.