Pentaqon ABŞ-ın iri silah istehsalçısı "RTX Corporation"ın törəmə şirkəti olan "Raytheon" şirkəti ilə "Coyote" pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün 5 milyard dollarlıq müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun dərc etdiyi bildirişdə məlumat verilib.
Müqavilənin 2033-cü il sentyabrın 28-də başa çatması gözlənilir.