AZ

Günün sağlam başlanğıcı: İlq su və lifli qidalar bağırsaqları aktivləşdirir

Bağırsaqların düzgün işləməsi üçün günə sağlam başlamağın sirri açıqlanıb.

E-saglam.az xəbər verir ki, Başqırdıstan Müharibə Veteranları üçün Respublika Xəstəxanasının mütəxəssisləri hesab edirlər ki, rifahın açarı sadə səhər vərdişlərində gizlənir. Onlar UfaTime.ru saytına verdikləri müsahibədə bağırsaqların düzgün işləməsi üçün günə sağlam başlamağın sirlərini paylaşıblar.

Mütəxəssislərin sözlərinə görə, ilk və əsas qayda oyandıqdan sonra bir stəkan ilıq su içməkdir. Əgər mədə-bağırsaq sisteminizlə bağlı ciddi probleminiz yoxdursa, həzm sistemini “oyatmaq” üçün suya bir neçə damcı limon əlavə edə bilərsiniz.

Həkimlər həmçinin qeyd ediblər ki, səhər yeməyi liflə zəngin olmalıdır. Yulaf sıyığı, tam taxıllı çörək və ya təzə meyvələr bağırsaq hərəkətliliyini artırır, toksinlərin orqanizmdən çıxarılmasına kömək edir.

Mütəxəssislər səhər menyusuna təbii qatıq və ya kefir kimi fermentləşdirilmiş məhsulların da daxil edilməsini tövsiyə edirlər. Bu qidalar probiyotiklər sayəsində sağlam bağırsaq florasını dəstəkləyir və immun sistemini gücləndirir.

Bundan əvvəl qastroenteroloq Yekaterina Kaşux qeyd etmişdi ki, bəzi insanlar yatmazdan əvvəl yemək yeməlidirlər. Onun sözlərinə görə, gecə qəlyanaltıları şəkərli diabet və ya endokrin xəstəlikləri olan şəxslər, eləcə də idmançılar üçün faydalı ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr