AZ

"Ali tribunalardan səslənən dostluq, qardaşlıq şüarları reallıqda yaxşı heç nə vəd etmir”- Vaqif Qarayev

“Gürcüstanda son vaxtlar soydaşlarımıza qarşı təxribatlar törədilir. Dil bilgisinə görə... Gürcülər öz dillərinə həmişə həssas yanaşıblar. Sovetin vaaxtında mən işimlə bağlı ildə azı bir dəfə SN-nin kollegiya iclaslarında olurdum. Tədbir gürcü dilində aparılırdı, sovetni vaxtında”.

Bunu News365.az -a açıqlamasında tanınmış ziyalı Vaqif Qarayev deyib. O bildirib ki, indi Gürcüstan müstəqil dövlətdir:

“Gürcüstan vətəndaşlarından gürcü dili bilgisini tələb etmək təbiidir. Amma dil yuxuda öyrənilmir. Tədrisdə ciddi problemlər var, müəllim çatışmır. Məncə, azərbaycandilli məkttəblərdə gücü dlini azərbaycanlı müəllimlər tədris etməlidir! Dili mükəmməl bilənlər var, amma normal vəzifəyə çəkilmirlər. Yaxşı halda rayon sakrebulosunda bir iş verə bilərlər. Yaxın günlərdə bələdiyyə seçkisi olacaq. Hakim partiyanın proporsional seçki siyahısına baxıram.İlk onluqda əhalisinin əksəriyyəti erməni olan Cavaxetiyada cəmi bir gürcü var, yerdə qalan ermənidir. Əhalisinin əksəriyyəti azərbaycanlı olan Bolnisidə cəmi bir azərbaycanlı var, yerdə qalan gürcüdür!

Bizimkilərin günahı var. Dilə biganə yanaşanlar az deyil. Amma hökumət də diskriminasiyaya son qoymalıdır. Azərbaycanlılara normal vəzifələr verməlidir.Ali tribunalardan səslənən dostluq, qardaşlıq şüarları öz yerində, məişətdəki belə təxribatlar yaxşı heç nə vəd etmir!”

News365.az 

Seçilən
8
news365.az

1Mənbələr