AZ

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvatoriyasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı dənizin 48 km dərinliyində müəyyən edilib.

Məlumata görə, Petropavlovsk-Kamçatski şəhərinin müxtəlif ərazilərində yeraltı təkanlar 5,0 bala qədər hiss olunub. Zəlzələ nəticəsində sunami təhlükəsinin olmadığı bildirilib.

Kənan
Milli.Az

Seçilən
8
1
milli.az

10Mənbələr