AZ

İsti yağ gözə düşsə, ilk işiniz bu olmalıdır! DİQQƏT

Həkim isti yağ gözə düşəndə nə etmək lazım olduğunu izah edib.

E-saglam.az xəbər verir ki, daxili xəstəliklər professoru Stanislav İonov bildirir ki, göz almasına isti yağ və ya digər zərərli maddə düşdükdə ilk yardımın əsas prinsipi su ilə yumaqdır, hətta su tam təmiz olmasa da.

Həkim bildurib ki, tavadan bir damla qaynar yağ düşdükdə dərhal 10 dəqiqə soyuq su ilə yuyun.Sonra iltihabəleyhinə damcılar vurun, lazım gələrsə ağrıkəsici qəbul edin və monokulyar yamaq tətbiq edin.

Təcili oftalmoloqa müraciət edin,zərər genişdirsə, xəstəxanaya yerləşdirilməlidir.Turşu və ya qələvi maddə gözə düşərsə, eyni qayda tətbiq olunur: dərhal soyuq su ilə yumaq əsasdır.

Qeyd edək ki, həkimə müraciət etmək ən doğru seçimdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr