AZ

Politico: HƏMAS bir neçə gün ərzində ABŞ-nin Qəzza planına cavab verəcək

Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-nin Qəzza münaqişəsini həll etmək planına bir neçə gündən tez cavab verəcək...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, HƏMAS ABŞ-nin təklifinin surətlərini Misir və Qətər nümayəndələrindən alıb. Hərəkat cavab verməzdən əvvəl onu diqqətlə öyrənəcəyini vəd edib.
 
 Ağ Ev bundan əvvəl Qəzza zolağında münaqişənin həlli planını dərc edib. O, hərbi əməliyyatların tamamilə dayandırılmasını və HƏMAS-ın əlində olan girovların 72 saat ərzində azad edilməsini tələb edir. Bundan başqa, sənəd Qəzza zolağının keçid dövrü üçün xarici idarəetməyə verilməsini təklif edir.

Poliqon.info

Seçilən
7
1
poliqon.info

2Mənbələr