AZ

Avropa İttifaqı Trampın Qəzza ilə bağlı sülh planını alqışlayır

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması üzrə sülh planını alqışlayır...

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.

"ABŞ Prezidentinin Qəzza zolağında müharibəyə son qoymaq öhdəliyini alqışlayırıq. Bütün tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq. Aİ öz töhfəsini verməyə hazırdır", - o, "X" hesabında yazıb.
AK sədrinin sözlərinə görə, döyüş əməliyyatları Qəzza əhalisinə humanitar yardımın çatdırılması və bütün girovların azad edilməsi ilə paralel şəkildə dayandırılmalıdır.

Fon der Lyayen qeyd edib ki, iki dövlətin yaradılması haqqında qərar Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülhə aparan yeganə yol olaraq qalır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr