AZ

Həbsdə olan həyat yoldaşına metamfetamin ötürmək istədi, qarşısı alındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0.553 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Seçilən
15
1
oxu.az

10Mənbələr