
Gəncədə işıqforlarla bağlı təhlükəli vəziyyət yaranıb.Ulusum.az-ın bölgə bürosunun məlumatına görə, Gəncə şəhərinin Cəfər Cabbarlı küçəsində, M.Füzuli adına 22 nömrəli tam orta məktəbin qarşısında yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə mövcuddur. Sözügedən ərazidə quraşdırılmış işıqforlar sıx ağac budaqları arasında qaldığından sürücülər və piyadalar tərəfindən demək olar ki, görünmür. Bu isə həm məktəbin qarşısında hərəkət edən şagirdlər, həm də ümumilikdə yol hərəkəti iştirakçıları üçün ciddi risk yaradır.Şəhər sakinləri aidiyyəti qurumlardan ağacların budanmasını və işıqforların görünürlüğünün təmin olunmasını tələb edirlər.R.DUlusum.az
Diqqət Çəkənlər
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Cabir İmanovun ölüm anı - VİDEO
Bakının mərkəzi küçələrə giriş pullu ola bilər