AZ

Cabir İmanovdan danışan Ədalət Şükürov: "Onun səhhətində heç vaxt problem olmayıb"

Ajans.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov dostunun qəfil ölümü ilə bağlı danışarkən deyib. Müğənni C.İmanovun daha əvvəl infarkt keçirməsindən xəbərsiz olduğunu, ümumiyətlə belə bir şey baş vermədiyini bildirib: “Həmişə idman edirdi. Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi. Cabir həmişə formada olub. Sonuncu dəfə də yaxşı arıqlamışdı, kostyum çox yaxşı yaraşırdı”.

Qeyd edək ki, 49 yaşlı Əməkdar artist Cabir İmanov ötən gün idman zalında infarkt keçirdikdən sonra vəfat edib.

Seçilən
12
1
Ajans.az

4Mənbələr