AZ

COVİD 19 un yeni variantı Avropada yayılıb: “Frankenstein” Türkiyəyə gələ bilər

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Ümumdünya Dünya Səhiyyə Təşkilatının (ÜST) “izlənməsi gərəkən variant” siyahısına əlavə etdiyi XFG, ictimaiyyət arasında “Frankenstein variantı” kimi tanınır.

Sherg.az xəbər verir ki, ÜST hesabatlarında “Avropada sürətlə yayılır” ifadəsi yer almasa da, mütəxəssislər xüsusilə İngiltərə və Fransada üstünlük qazanan bu variantın Türkiyəyə keçməsi ilə bağlı xəbərdarlıq edirlər. Omikron ailəsindən yaranan XFG variantı Avropada yenidən gündəmə gəlib. Mütəxəssislərə görə, təşvişə səbəb olacaq vəziyyət yoxdur, lakin diqqətsizlik olarsa, Türkiyədə də yoluxma sayının artmasına gətirib çıxara bilər.

BOĞAZ AĞRISI KƏSKİNDİR

Gayrət Təpə Florence Nightingale Xəstəxanasının döş qəfəsi xəstəlikləri üzrə mütəxəssisi Uzm. Dr. Ali Vəfa Öztürk deyib:

“XFG, Omikronun davamıdır. Avropada ən üstün COVİD ştammına çevrilib; xüsusilə İngiltərə və Fransada təxminən 82 faiz müşahidə olunur. Əlamətləri digər variantlara görə ağır deyil. Sadəcə boğaz ağrısı daha kəskin, yorğunluq və halsızlıq daha aydındır. Onun xaricində ciddi fərq yoxdur. Hər yeni variant kimi yoluxuculuğu yüksəkdir, amma mövcud peyvəndlərimiz bu varianta qarşı da yetərlidir.”

Medicana Zincirlikuyu Xəstəxanasının döş qəfəsi xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Pelin Uysal bildirib ki, COVİD-19 yoluxmalarında artım müşahidə olunur:

“Qapalı məkanlar və məktəblər yoluxmanı artırır. Maska və gigiyenaya diqqət edilməlidir. Rəsmi rəqəmlərdən daha çox yoluxma olduğunu düşünürük, çünki yüngül simptomlarda test edilmir. Ağır hallar əvvəlki qədər tez-tez deyil. Xəstə uşaqlar məktəbə göndərilməməlidir, siniflər havalandırılmalıdır. Sentyabr-oktyabr qrip peyvəndi üçün ən uyğun dövrdür. 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar, səhiyyə işçiləri, müəllimlər və ictimai nəqliyyatdan istifadə edənlər mütləq qrip və pnevmoniya peyvəndi vurdurmalıdır. Təhlükəli mutasiya mövcud deyil, amma cəmiyyətdə tez-tez görünür.”

SƏSİNİZ BATIB BİLƏR

“Frankenstein variantı”nda müşahidə olunan əlamətlər klassik COVİD-19 simptomlarına bənzəsə də, bəzi fərqlər də mövcuddur:

Boğazda qıcıqlanma və ağrı

Səs batması və ya səs tonunda dəyişiklik

Yüksək hərarət

Quru və ya bəlğəmli öskürək

Burun axıntısı və ya tutulma

Güclü halsızlıq və yorğunluq

Baş ağrısı

İştahasızlıq və ya yüngül həzm problemləri

“Frankenstein variantı” COVİD-19-un Omikron mənşəli müxtəlif alt növlərinin birləşməsi nəticəsində ortaya çıxan hibrid variantdır. Bir insan eyni anda bir neçə alt variantla yoluxduqda, viruslar genetik materiallarını birləşdirərək yeni variant əmələ gətirə bilir. Ona “Frankenstein” adının verilməsi də məhz bu quruluşundan irəli gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sherg.az

2Mənbələr