AZ

Tədqiqat yönümlü universitetə çevrilmə istiqamətində daha bir addım: AzMİU-da dünya şöhrətli alimin elmi seminarları keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubiley tədbirləri çərçivəsində Almaniyanın Otto-von-GuerickeUniversitetinin (Magdeburq) professoru, dünya şöhrətli alimprofessor Holm Altenbach universitetin qonağı olub. Onun sırf elmiseminar məqsədilə dəvət olunması AzMİU-nun elm və innovasiyayönümlü inkişaf strategiyasının mühüm hissəsidir və universitetintədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesini dahada gücləndirəcəyi gözlənilir.

Professorun AzMİU-dakı ilk çıxışı “Sürünmə mexanikasının tarixivə elmi qrupun nəticələri” mövzusuna həsr olunub. Seminarprofessor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı iləkeçirilib. Məruzədə sürünmə mexanikasının yaranma mərhələləri, busahədə aparılmış fundamental tədqiqatların nəticələri və müasirmühəndislikdə tətbiq imkanları ətraflı izah edilib. Xüsusiləmaterialların uzunmüddətli yüklənmələr altında davranışı,konstruksiyaların möhkəmliyi və zədələnmə problemlərinin həlliyolları barədə elmi yanaşmalar iştirakçıların diqqətinəçatdırılıb.

Məlumat üçün bildirək ki, Holm Altenbach müasir mühəndislikmexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimitanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirmiş,1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnikaelmləri doktoru dərəcəsi almışdır. 1996–2011-ci illərdəHalle-Vittenberqdə yerləşən Martin-Luther Universitetindəmühəndislik mexanikası üzrə professor vəzifəsində çalışmış, hazırdaisə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir.

Professor indiyədək 51 doktoranta elmi rəhbərlik edib, 300-dənçox elmi məqalənin, yüzlərlə konfrans məqaləsi, kitab vəmonoqrafiyaların müəllifi və ya həmmüəllifidir. Onun tədqiqatlarıdavamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazikdivarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünməvə zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o,Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiqgörülüb, həmçinin Ukrayna, Rumıniya və Gürcüstanın aparıcıuniversitetləri tərəfindən fəxri doktor adına layiq görülüb.

Altenbach elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyüknüfuza malikdir. Hazırda “ZAMM – Journal of Applied Mathematics andMechanics” jurnalının baş redaktoru, “Mechanics of CompositeMaterials” jurnalının assosiativ redaktoru, bir sıra nüfuzlubeynəlxalq nəşrlərin redaksiya heyətinin üzvüdür. Bundan əlavə,2010-cu ildən etibarən Springer nəşriyyatının “Advanced StructuredMaterials” seriyasını Andreas Öchsner ilə birlikdə redaktəedir.

Üç gün davam edəcək səfər çərçivəsində professor ikinci gün“Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunda daha bir seminartəqdim edəcək, sonuncu gün isə AzMİU-nun Ali Riyaziyyat, İnşaatKonstruksiyaları və Mexanika kafedralarının əməkdaşları iləgörüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq. Onununiversitetə gəlişi gənc tədqiqatçıların elmi potensialınıartırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nuntədqiqat yönümlü universitet statusunu daha da möhkəmləndirməkbaxımından xüsusi əhəmiyyət daşıyır.

Tədqiqat
Tədqiqat
Tədqiqat
Tədqiqat
Tədqiqat
Tədqiqat
Tədqiqat
Seçilən
21
6
az.trend.az

7Mənbələr