AZ

Siyavuş Novruzov: Nümunəvi qəbiristanlıqlar qanunla tənzimlənməlidir

"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir.

"Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir".

Aidə Qurbanlı

Seçilən
16
9
operativmm.az

10Mənbələr