AZ

Rusiyanın hərbi bazası Ermənistandan çıxarılacaqmı?

Hurriyyet.az xəbər verir ki, Ermənistan Rusiyanın hərbi bazasını öz ərazisindən çıxarmağa hazırlaşmır.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının çıxarılması məsələsi ikitərəfli münasibətlərin gündəliyində deyil. Diplomat deyib: "102 saylı hərbi bazanın çıxarılması məsələsi ikitərəfli gündəmdə deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib".

Onun sözlərinə görə, Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə töhfə verir və regional sabitliyin mühüm amilidir. Kopırkin vurğulayıb ki, Rusiya bazasının ölkədə olması qonşu dövlətlər üçün təhlükə yaratmır.

Hürr Tərcüman

 

Seçilən
2
hurriyyet.az

1Mənbələr