AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tədbir keçirilib –

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində “İqlim Qanunvericiliyi və İnstitutlarının Gücləndirilməsi üzrə Yüksək Səviyyəli Parlament Dəyirmi Masası” keçirilib.Metbuat.az xəbər verir ki, tədbir Bakı İqlim Fəaliyyəti Həftəsinin təşkilatçıları və BMT İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (UNFCCC) qeyri-rəsmi parlament qrupunun əlaqələndiricisi olan GLOBE Qanunvericiləri təşkilatı tərəfindən təşkil olunub. Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin deputatları, ekspertlər, özəl sektor nümayəndələri iştirak etmişdir. Parlamentlərin alimlər, özəl sektor, vətəndaş cəmiyyəti və akademiya kimi əsas tərəfdaşlarla əməkdaşlıq şəraitində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) – yeni mərhələsini necə formalaşdıra biləcəyi, güclü karbon bazarlarının necə qurula biləcəyi və ədalətli, dayanıqlı sıfır emissiyaya keçid üçün müvafiq mühitin yaradılaması ətrafında müzakirələr keçirilib. Sessiyanın əsas məqamlarından biri GLOBE-un “6-cı Maddə və Karbon Bazarları üzrə Parlament Bələdçisi”nin Azərbaycan dilində nəşrinin təqdimatı oldu. Bu nəşr COP30 zamanı Braziliyanın Belém şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasının (UNFCCC) Paris sazişinin 6-cı Maddəsi üzrə Dialoquna hazırlıq məqsədilə təqdim edildi. Müzakirə zamanı Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, GLOBE Qanunvericiləri təşkilatının rəhbəri Malini Mehra və deputatlar çıxış etmişlər. İqlim qanunvericiliyi sahəsində ən yaxşı təcrübələr təqdim edildi, müstəqil məsləhətçi şuraların rolu araşdırıldı və milli iqlim planlarının həyata keçirilməsində özəl sektorun artan rolu vurğulandı. Həmçinin, Azərbaycanın iqlim siyasəti və qanunvericiliyi sahəsində Milli Məclis vasitəsilə əldə etdiyi irəliləyişlər ön plana çəkildi. Qlobal orta temperaturun cari trendlərlə hələ də artacağı proqnozlaşdırıldığı bir zamanda, parlamentlərin qanunvericilik fəaliyyəti, hökumətə nəzarət və ictimai konsensusun səfərbər edilməsindəki rolu hər zamankından daha vacibdir.
Seçilən
14
6
metbuat.az

7Mənbələr