BAKI, 30 sentyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan sülhə doğru gedir, amma bu yol elə də asan deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Rüstəm Bakoyan deyib.
“Avqustun 8-də paraflanmış sülh sazişində yer alan prinsiplər də sülhə dairdir. Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidenti tərəfindən imzalanmış sənədlərdə bununla bağlı aydın ifadə və məqamlar var”, - deputat qeyd edib.