AZ

Uitaker: “Tramp Aİ nin mövqeyindən məyusdur”

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker belə deyib. “Sanksiyalar baxımından, neft tankerlərinin “kölgə donanması” neft tankerləri məsələsində edə biləcəyimiz bir çox başqa tədbirlər var. Görə biləcəyimiz bütün tədbirlər var, lakin biz bunu təkbaşına edə bilmərik. Düşünürəm ki, prezident Trampın Aİ ilə bağlı məyusluğunun səbəblərindən biri də budur”, - Metyu Uitaker Vaşinqton Atlantik Şurasının təşkil etdiyi konfransda bildirib.

Tramp avropalılardan sərtlik tələb edir

Onun fikrincə, Avropa Rusiya neft və qazını almaqda davam edən Çin, Braziliya, Hindistan və digər ölkələrə qarşı məhdudiyyətlər məsələsi də daxil olmaqla, sanksiyalar yükünü faktiki şəkildə ABŞ-nin üzərinə qoyur. Xatırladaq ki, sentyabrın 13-də Amerika lideri Donald Tramp bütün NATO ölkələrinin birləşərək Rusiya neftinin alınmasını dayandırması şərti ilə Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb. Ağ Ev rəhbəri ayrı-ayrı müttəfiqlər tərəfindən Rusiyadan enerji resurslarının davamlı idxalının alyansın danışıqlardakı mövqeyini sarsıtdığını iddia edib. ABŞ-nin Maliyyə naziri Skott Bessent , öz növbəsində, vurğulayıb ki, Avropa Moskvanın neft gəlirlərini aktiv şəkildə azaltmağa başlasa, Rusiya-Ukrayna müharibəsi iki və ya üç aya bitə bilər. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azvision.az

2Mənbələr