AZ

Millinin qapıçısı: "Ehtiyatda oturmaq xoşagəlməzdir"

PSJ-nin rus qapıçısı Matvey Safonov klubdakı hazırkı vəziyyətini şərh edərək, ehtiyat qapıçı olmağın çox xoşagəlməz olduğunu vurğulayıb.

Sportal.az xəbər verir ki, bu mövsüm Paris klubunun heyətində bir oyuna da çıxmayan Safonov sosial şəbəkə hesablarının birində məsələ haqda bunları yazıb:

"Əslində, ehtiyatda oturmaq çox xoşagəlməzdir. Son dəqiqəyə qədər, kimin meydana çıxacağını bilmirik. Biz hər matça həm fiziki, həm də mental cəhətdən hazırlaşmalıyıq".

26 yaşlı qapıçı 2024-cü il yanvarın 7-də “Krasnodar”dan PSJ-yə keçib.

O, Fransa klubunun heyətində 17 oyun keçirib, 13 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Safonovon PSJ ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

 

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr