AZ

Ermənistanda itkin düşən hərbçilərin sayı artıb

News.am xəbər verir ki, Ermənistan Baş Qərargah rəisi Edvard Asryan yaxınları ilə görüşü zamanı itkin düşənlərin yeni sayını açıqlayıb.

Əvvəllər Milli Təhlükəsizlik xidməti 195 itkin düşdüyünü bildirsə də, bu dəfə Edvard Asryan valideynlərə daha 70 – 265 ad olan siyahı təqdim edib.

Nəşr onu da qeyd edir ki, danışıqların özü gərgin atmosferdə keçib. Bir ana ürəyi xarab olduğundan, onun üçün təcili yardım çağırıldı. Görüş saat 20:30-da başlayıb və axşam saat 23:00-da yekunlaşıb. İtkin düşən hərbçilərin ailələrinə onlarla daimi əlaqə vəd edilib.

Qeyd edək ki, 44 günlük müharibədən və 2023-ci ilin anti-terror əməliyyatından xeyli vaxt keçsə də, itkin düşənlərin sayının “artması” Ermənistan hakimiyyətinin itkilərini gizlətmək cəhdinə dəlalət edir.

Seçilən
3
moderator.az

1Mənbələr