AZ

“Oppenheimer”in ulduzu xəstəxanaya yerləşdirildi

Məşhur amerikalı aktyor,“Oppenheimer”in ulduzu Coş Hartnett Kanadanın Sent-Conz şəhərində “Netflix” üçün çəkilən yeni film layihəsi zamanı avtomobil qəzasına düşüb və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, hadisə gecə saatlarında aktyoru çəkiliş meydançasından aparan avtomobilin Yeni Foundlend Kral Polisi patrul maşını ilə toqquşması nəticəsində baş verib.

Hartnett və avtomobilin 59 yaşlı sürücüsü xəstəxanaya aparılıb, vəziyyətləri stabil olaraq qiymətləndirildikdən sonra evə buraxılıblar.

Polis əməkdaşı da ehtiyat tədbiri olaraq müayinə üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, aktyor hazırda "Nyufaundlend layihəsi" adlı sirli bir dəniz varlığından bəhs edən filmin çəkilişlərində iştirak edir.

Seçilən
23
kulis.az

1Mənbələr