Yevlax, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
III MDB Oyunlarının ölkəmizdə keçirilməsi məsuliyyətimizi ikiqat artırır. Ona görə bu yarışa çox hazırlaşmışam.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində III MDB Oyunlarının Yevlax Olimpiya Kompleksində təşkil olunan boks yarışında çıxış edən Azərbaycan boksçusu Gülər Hüseynova deyib.
“Məqsədim Bayrağımızı yüksəltməkdir. İlk qarşılaşmada Tacikistan idmançısına qalib gəldim. İnanıram ki, bundan sonrakı qarşılaşmalarda da qalib gələcəm və qızıl medala layiq görüləcəm”, - deyə o bildirib.