AZ

"Şəhərimizdə tıxac problemi faciəvi deyil" - Hikmət Babaoğlu

"Mənə elə gəlir ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur".

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanları hamı bilir: 20 Yanvar dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır. Bunların nizamlanması ilə bağlı xüsusi ekspertlərin dəvət olunması və bu keçidlərin işlək vəziyyətə gətirilməsi problemi həll edə bilər.

Əslində şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin, biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarə olunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir", - deyə deputat qeyd edib.

Seçilən
65
12
far.az

10Mənbələr