AZ

Milli Məclisdə özəl xəstəxanalarda tibbi sığorta ilə bağlı problemlər açıqlanıb

Tibbi sığortayla əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, qalmaq pulu nəzərdə tutulmur...

Poliqon xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, bəzi əməliyyatlar özəl xəstəxanalara həvalə olunsa da, həmin özəl xəstəxanalarda qalmaq bahalı, otel qiymətinədir: “Xəstə əməliyyat olan kimi də durub evə gedə bilməz. Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək, ya başqa qayda ilə tənzimləyək. Digər tərəfdən, bir qrup xəstəliklər üçün dövlət tərəfindən dərmanlar ayrılır. Biz bir küçədən keçəndə az qala 10 aptek görürük. Amma bu xəstəliklər üçün ayrılan dərmanları ancaq bir aptekdən paylayırlar. Onun qarşısında sıra yaranır, vətəndaşa problem yaranır. 5-6 aptek açsınlar, onsuz da o dərmanların pulunu dövlət ödəyir. Vətəndaşı incitmək lazım deyil”.

Poliqon.info

Seçilən
2
3
poliqon.info

4Mənbələr