AZ

Rusiya deputatların qorunması üçün milyonlar XƏRCLƏYƏCƏK

Rusiyada Sankt-Peterburq şəhərinin büdcəsindən deputatların qorunması üçün 32 milyon rubl (təxminən 609 min manat) vəsait ayrılacaq.

Bu məbləğ 2025-ci ilin dekabrından 2026-cı ilin iyununa qədər şəhərin deputatlarının təhlükəsizliyinin təmininə xərclənəcək.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat dövlət satınalmaları portalında yerləşdirilib.

Sazişə əsasən vəsait aşağıdakı məqsədlər üçün istifadə olunacaq:

Mariinski sarayının (şəhər parlamentinin yerləşdiyi bina) 24 saatlıq mühafizəsi;

Təhlükə siqnalı verildiyi halda 10 dəqiqə ərzində hadisə yerinə çata bilən xüsusi sürətli reaksiya qrupu;
Deputatların fəaliyyətinə dair əlavə təhlükəsizlik tədbirləri.

"Rosbalt"ın məlumatına görə, söhbət yalnız texniki xidmətlərdən deyil, həm də deputatların şəxsi təhlükəsizliyinin qorunmasından gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
2
olaylar.az

3Mənbələr