AZ

“Həm sevincli, həm də həyəcanlıyıq” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında çıxış edib.

Bizim.Media xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib: “Sevindirici haldır ki, böyük turnirin Bakıda matçı olacaq. Həm sevincli, həm də həyəcanlıyıq, məsuliyyətimiz artıb. İlk oyun olduğu üçün üzərimizdə diqqət böyükdür. Azərbaycanın hər bölgəsindən azarkeşlər maraqlanır.

Ciddi rəqibə qarşı oynayırıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Sona qədər mübarizə aparacağıq”.

- Azərbaycansayağı qolu çoxdandır ki, görmürük. Bunu sabah və növbəti matçlarda görə bilərik?

- Rəqibimiz imkan verəcəyi dərəcədə bunu edəcəyik. Bütün rəqiblər buna hazırdır. O qədər təkrar olunub ki, rəqiblər buna hazırdır. Hər şey ola bilər.

- “Benfika” üzərində qələbədən sonra Avropa və dünyanın diqqəti “Qarabağ”dadır. Komanda bu məsuliyyətdən çıxmağa hazırdır? Bu təzyiq komandaya təsir edirmi?

- İnanın ki, həmişə belə anlarda çox sevinirəm. Çünki əgər Avropa və dünya fubtolunun "Qarabağ"a diqqəti varsa, Azərbaycana olan diqqətdir. Azərbaycanla daha yaxından maraqlanırlar. Bəli, bu gün ola bilər ki, futbolda uğurlarımız, nəticələrimiz elə də ürəkaçan deyil.

Ancaq belə qalibiyyətlər futbolu daha da çox sevdirir, futbolçularımıza inam verir. Futbola yatırım qoymaq insanlara inam və həvəs verir. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq buun düşünürəm. Bunu düşünərək də futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır.

Ən vacibi odur ki, hamınız bura inamlı gəlirsiz. Sizin ümidlriniz də futbola qənaətbəxş olmur.

Amma siz, azarkeşlər bura ümidlə gəlirsiz. Həyəcan mütləq olur. Məsuliyyət olduqda istənilən uğuru əldə etmək olar. Bəlkə oyunun əvvəlindən...Allah qoysa, olmaz. Bəlkə ilk dəqiqələrdən həyəcan ola bilər. İdman elədir ki, işin içinə girdikcə, qorxun, həyəcan yox olmağa başlayır. Bəzən uduzursan, yıxılırsan, vurursan. Yavaş-yava həyəcan yox olur. Vacibdir ki, bunu dərk edərək meydana çıxasan. 90 dəqiqə qorxu olsa, böyük problem yaradar. ALlah şükür bizdə elə bir şey yoxdur.

- 2017-ci ildə matçlar BOS-da keçirildi. Tofiq Bəhramov stadionunun durumu necədir? Bu stadion komanda üçün daha rahatdır?

- Elə bir şy var. Bəlkə futbolçular özlərini daha komfotrlu hiss edirlər. Əsas Bakıda olmağımızdır. Qonaqları qəbul etməyimiz əsas və azarkeş kütləsinin çox olmasıdır. Bəlkə BOS-da da oyunları keçirə bilərdik. Orada lazım olsaydı. Geniş arenanı Avropaya göstərməyimiz faydalı iş olardı. Meydança amili rol oynayır. Hazırda burada özlərini futbolçular daha komfortlu hiss edirlər. BOS-da da olsaydı, məsuliyyət eyni qalacaqdı.

- Tofiq Bəhramov stadionun ot örtüyü nə yerdədir?

- Normaldır. Nə qədər yaxşı görünməsə belə, həmişə razı qalmışıq. Başa düşürük ki, elə period olur, istədiyini əldə edə bilmirsən. İqlimdən də çox şey asılıdır. Bizim şəhər fərqli iqlimdədir. Buna baxmayaraq, maksimum dərəcədə əvvəlki ilərə baxanda, daha yaxşı duruma gedir.

- Marko Yankoviçin əvəzinə hansı futbolçu oynayacaq?

- Təxmini bilirəm. Amma yenə də axşamdakı məşqdə bir neçə rotasiyalar edəcəm.

- 2017-ci ildəki "Kopenhagen"lə indiki arasında hansı fərq var?

- Bu klubun üstünlüyü ondadır ki, öz oyun fəlsəfəsindən əl çəkmirlər. 2017-ci ildən bu yana sistemlərində dəyişiklik olmayıb. Çox nadir hallarda bəzi rotasiyalar edirlər. Üstünlükləri də budur. Çalışırlar ki, onu illərlə daha da təkmilləşdirsinlər. Bu da onların sabit nəticələrinə gətirib çıxarır. 2017-ci ildə ola bilər ki, futbolçuların bəzi xüsusiyyətlərində builki ilə fərq var. Daha texnikalı oyunçuları var. Klubun fəlsəfəsi həmişə yerində qalır. Bu da yaxşı nəticələrə gətirib çıxarır.

- “Qarabağ" "Kopenahgen"ə qalib gəlməyin yolunu tapıb?

- Qalib gəlməyin düsturu olur. Bütün rəqiblərə qarşı. Futbolda işimiz ondan ibarətdir ki, qələbə üçün işləyirik. İstənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq. Bizim üçün daha çox kiçik turnirlərdə qalib olmaq üçün işləyirik. Rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq. Çalışacağıq ki, qalibiyyət üçün artığını da edək. Ancaq qarşımızda "Kopenhagen" var. Onların da göstərəcəyi oyuna hazır olmalıyıq.

- “Kopenhagen”lə oyunu xatırlayırsınız? Rəqib sizin üçün hansısa problemləri yarada bilər?

- Həmişə çox istəmişəm ki, Bakıdakı matçlarda qonaqlar çox olsun, xüsusilə də jurnalistlər. Bakımızla yaxından tanış olsunlar. “Kopenhagen”lə 2017-ci ildə orada oynayandan şəhəri çox bəyənmişdim. Xatirimdə qalan ən öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayır. Bu bir tərəfdən asandır. Rəqibimizin nə etmək istədiyini biləndə, qarşısını almaq asandır. Amma tapşırıqları futbolçuların yaxı yerinə yetirməsi problem ola bilər. Analizlər edib futbolçulara demişik. İnanıram ki, sabah ola bilər bəəzn oyunun gedişatında taktiki savaş da getsin meydnada. Hər bir halda böyük istəklə, böyük diqqətlə oynayacağıq. Elə rəqibdir ki, məşqçi olaraq, nəticədən asılı olmadan, oyundan həzz ala bilərəm.

Ola bilər ki, 90 dəqiqə sırf meydannın içində olum. Rəqibin bəzi dəyişiklikləri, sürətli hücumları, bəzi mövqe hücumları bizə problemlər yarada bilər. Hamımız 90 dəqiqə oyunun içində olmalıyıq ki, rəqib bizim üçün problem yaratmasın.

Bizim.Media

Seçilən
6
9
bizim.media

10Mənbələr