AZ

Azərbaycanın Baş naziri Əli Əsədov Lukaşenko ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib, Nazirlər Kabineti məlumat verib.

Lukaşenko iclas iştirakçılarını salamlayıb.

Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Belarus liderinə çatdırıb.

Baş nazir, həmçinin, Azərbaycan və Belarus arasında ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərinə toxunub.

Seçilən
9
17
anews.az

10Mənbələr