AZ

Trampın  Qəzza planı: Sülh ideyası gerçəkləşməyə bilər

Ağ Ev prezident Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq üçün hazırladığı 20 bəndlik sülh planını açıqlayıb. Plana görə, dərhal atəşkəs elan olunmalı və İsrail qoşunları bölgədən çıxarılaraq girovların azad edilməsi təmin edilməlidir.

Donalq Tramp bəyan edib ki, Benyamin Netanyahunun razılığı ilə irəli sürülən plan yalnız Qəzzada deyil, bütövlükdə Yaxın Şərqdə “əbədi sülh” yaratmağı hədəfləyir. "Qəzza üzrə Sülh Şurası"na Toni Bler daxil ediləcək, digər üzvlər isə yaxın günlərdə açıqlanacaq.

Trampın hazırladığı sülh planı Qəzzadakı münaqişəyə son qoya biləcəkmi? HƏMAS-ın planı qəbul etməsi gözlənilirmi?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, sözügedən sülh planında üç mürəkkəb məqam var:

"Təklif olunan növbəti sülh planının ən mürəkkəb və mübahisələrə səbəb ola biləcək bəndi Qəzzanın müvəqqəti hökumət tərəfindən idarə olunması ideyasıdır. Eyni zamanda HƏMAS-ın və digər radikal qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunması da mürəkkəb bəndlərdəndir. Bu üç məsələ, xüsusən də HƏMAS tərəfindən qəbul olunmayacaq məsələlərdir. Tramp hakimiyyətə yeni gələndə bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və qəzzalıları ərazidən çıxararaq Qəzzanı Amerikanın nəzarətinə götürəcək".

Taleh Əliyev: Tramp hakimiyyətə yeni gələndə bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və...

T.Əliyev bildirib ki, beynəlxalq hökumətin qurulması Qəzzada ciddi narahatlıq yaradan ideyadır.

Digər tərəfdən, HƏMAS-ın və digər radikal qrupların bölgədən uzaqlaşdırılması HƏMAS-ın ilk gündən dirəniş göstərdiyi məsələlərdən biridir. Bundan əlavə, HƏMAS və Fələstin tərəfinin heç bir ciddi zəmanət əldə etmədən bütün girovları azad etməsi qəbul olunmayacaq. Ona görə də məlum sülh ideyası gerçəkləşməyə bilər", - deyə Taleh Əliyev əlavə edib.

Gülşən Şərif

Seçilən
12
29
bakivaxti.az

10Mənbələr