AZ

"Qəfil gedişin səni sevənləri üzdü" - Aygün Kazımova FOTO

Xəbər verildiyi kimi, Əməkdar artist, aktyor Cabir İmanov ötən gün gözlənilmədən dünyasını dəyişib. Məlumata görə, aktyor idman zalında məşq zamanı qəfil infarkt keçirib və həyatını itirib.
Sənət yoldaşları və dostları mərhum sənətçi ilə bağlı xatirələrini bölüşüblər.
Azərbaycan estradasının ulduzu, Xalq artisti Aygün Kazımova da sosial şəbəkə hesabında aktyorla bağlı duyğularını ifadə edib. O, xəbərdən sarsıldığını bildirib:
“Əziz dostum, bu, çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah sənə rəhmət eləsin. Allah ailəsinə səbr versin”.
Qeyd edək ki, mərhumla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində baş tutacaq.


Seçilən
8
1
yenilik.az

2Mənbələr