Əməkdar artist Cabir İmanovla vida mərasimi sona çatıb.
Bizim.Media xəbər verir ki, hazırda mərhumun cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanov dünən paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta