AZ

Elzanın pulunun batma səbəbi bilindi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manatlıq qızıl-zinət əşyalarının ələ keçirilməsi ciddi rezonans doğurub. Bəstəkarla yanaşı, daha 30 nəfərin də eyni sxemlə aldadıldığı bildirilir. Bu hadisə bir daha lombard fəaliyyəti ilə bağlı problemləri və nəzarətsizliyi gündəmə gətirib.

Bəs Elza Seyidcahan kimi aldadılmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər? Ümumiyyətlə, bu kimi hallardan sonra insanlar lombardlara necə güvənə bilər? Mövcud vəziyyətdən çıxış yolu nədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, Azərbaycanda lombardla bağlı nəzarət mexanizmləri demək olar mövcud deyil:

“Hətta Azərbaycan Mərkəzi Bankının (AMB) lombardlara nəzarəti zəifdir. Buna görə də onlar istədikləri kimi fəaliyyət göstərirlər. Bir çox hallarda bu qurumlar vergidən yayınır və ehtiyacı olan, kredit tarixçəsi pozulmuş vətəndaşlara qeyri-ədalətli şərtlər tətbiq edirlər. Lombardlar tez-tez girov qoyulan qızılların real dəyərindən xeyli aşağı məbləğdə kreditlər verirlər”.

Vəkil bildirib ki, vətəndaşlar ilk növbədə girov qoyduqları əmlakın obyektiv və ədalətli qiymətləndirilməsinə nail olmalıdırlar:

“Kreditin ödəniş qrafikinə ciddi şəkildə riayət etmək də vacibdir. Çünki lombardlar çox zaman vətəndaşın maliyyə çətinliyinə və ya vəziyyətinə məhəl qoymadan, kredit ödənişləri gecikən kimi girov əmlakı, əsasən də qızılları tez bir zamanda satışa çıxarırlar. Bununla yanaşı, bu qızıllar adətən real bazar qiymətindən daha aşağı qiymətlərə satılır. Bu isə vətəndaşların hüquqlarının pozulmasına səbəb olur. Belə halların qarşısını almaq üçün vətəndaşlar hüquqi yollara, o cümlədən məhkəmələrə müraciət etməli və öz haqlarını tələb etməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
konkret.az

2Mənbələr