AZ

İtaliya Prezidenti Azərbaycana ikigünlük səfərə gəlir » AzadMedia.az

İtaliya


İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.

Bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yazıb

İtaliya Prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.

Bundan əlavə, oktyabrın 1-də Prezident S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.

O, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.(Report.az)

Seçilən
4
9
azadmedia.az

10Mənbələr