AZ

Səkkiz ölkədən Trampın Qəzza planı ilə bağlı birgə bəyanat

Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misirin xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət "Qəzza münaqişəsinə son qoyacaq hərtərəfli plan" adlı təklifinin elan edilməsindən sonra Birgə Bəyanat yayıblar.
 
Bu barədə Moderator.az "Türkiye Gazetesi"ne istinadən xəbər verir.
 
Məlumata görə, bəyanatda Trampın Qəzzada müharibəni sona çatdırmaq üçün göstərdiyi səmimi səylər məmnuniyyətlə qarşılanıb və sülhə gedən yolun müəyyən edilməsi ilə bağlı iradəsinə əminlik ifadə edilib, bölgədə sülhün əldə olunmasında ABŞ ilə tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
 
Nazirlər region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək şəkildə sazişi yekunlaşdırmaq və həyata keçirmək məqsədilə ABŞ və müvafiq tərəflərlə müsbət və konstruktiv şəkildə əlaqə saxlamağa hazır olduqlarını təsdiqləyiblər.
 
"Nazirlər Qəzzada müharibəyə son qoymaq üçün ABŞ ilə işləməyə dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Bu hərtərəfli razılaşma Qəzzaya kifayət qədər humanitar yardımın fasiləsiz çatdırılmasını, fələstinlilərin köçürülməməsini, girovların azad edilməsini, bütün tərəflərin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik mexanizmini, İsrailin tam şəkildə geri çəkilməsini, Qəzzanın yenidən inşasını və beynəlxalq hüquqa uyğun olaraq, Qəzzanın İordan çayının qərb sahili ilə tam inteqrasiyasını nəzərdə tutan "iki dövlətli həll" əsasında ədalətli sülh yolunun hazırlanmasını nəzərdə tutur. Bu elementlərin regional sabitlik və təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığı vurğulanır", - deyə bəyanatda qeyd edilib.
Seçilən
8
moderator.az

1Mənbələr