AZ

Parisdə hansı ölkənin səfiri yoxa çıxıb?

Fransanın paytaxtı Parisdə Cənubi Afrikanın səfiri Nkosinati Emmanuel Mtetva itkin düşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın Actu17 nəşri polis mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, 58 yaşlı diplomat sentyabrın 29-u günorta saatlarında yoxa çıxıb. Həmin gün axşam saatlarında Cənubi Afrika səfirliyinin mühafizə xidməti bu barədə Fransa hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Polis səfirin yaxın ətrafı ilə danışaraq, onun son dəfə harada və kimlərlə görüldüyünü müəyyən etməyə çalışır.

Hazırda axtarış tədbirləri davam edir. Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
17
veteninfo.az

1Mənbələr