Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari diqqətəlayiq bəyanatla çıxış edib.
Turkustan.az xəbər verir ki, Türkiyənin Qəzzaya dair bugünkü vasitəçilik toplantısında iştirak edəcəyini bildirib və İsrailin Dohaya hücumundan sonra ABŞ-dan alınan təhlükəsizlik zəmanətindən məmnunluğunu ifadə edib.
ABŞ prezidenti Donald Tramp dünən axşam İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Sammitdən sonra təşkil etdikləri birgə mətbuat konfransında Tramp Netanyahunun Qəzza planını qəbul etdiyini açıqlayıb. Bu açıqlamadan sonra bütün gözlər HƏMAS-ın cavabına çevrildi.
HƏMAS-ın yüksək səviyyəli rəsmisi Mahmud Mərdəvi Qəzza planına verdiyi ilk reaksiyada, "HƏMAS və müqavimətin silahlarının hədəfi azadlıq və müstəqillikdir. Plan Fələstin dövlətinin tanınması istiqamətindəki sürəti yatırtmaq cəhdidir. Trampın planında elan edilənlər qeyri-müəyyəndir və heç bir təminat yoxdur. Biz Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyən heç bir təklifi qəbul etməyəcəyik. ABŞ-ın təklifini nəzərdən keçirəcək və digər Fələstin qrupları ilə müzakirə edəcəyik”.
Aytən Yaşar/ Turkustan.az