AZ

Həkim xroniki yorğunluqdan qurtulma yollarını izah etdi

Həkim Orlov bildirib ki, gəzinti xroniki yorğunluğu aradan qaldırmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, aktiv istirahət və fərqli fəaliyyətə keçid, yuxululuq, konsentrasiyanın azalması və göz yorğunluğu kimi xroniki yorğunluq əlamətlərinin öhdəsindən gəlməyə yardımçı olur. Pravda.Ru-ya müsahibəsində yüksək ixtisaslı nevroloq və refleksoloq İqor Orlov deyib ki, gəzintiyə çıxmaq, yüngül idman etmək və ya özünü masaj etmək faydalıdır. Hətta qısa fasilələr məhsuldarlığı əhəmiyyətli dərəcədə artıra bilər.

“Üzünüzü sərin su ilə yuya, üz və ovuclarınızı ovuşdura, boynunuzu masaj edə və ya sadə çiyin məşqləri edə bilərsiniz. Bu gərginliyi azaldır və qan dövranını yaxşılaşdırır”, – deyə Orlov əlavə edib.

Həddindən artıq yüklənməmək üçün iş zamanı müntəzəm fasilələr almaq tövsiyə olunur.

Moskva klinikasına rəhbərlik edən psixiatr, narkomaniya üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktoru Ruslan İsayev isə xroniki yorğunluq sindromunun (CFS) əlamətlərinə diqqət çəkib. O bildirib ki, istirahətlə keçməyən şiddətli zəiflik, yüngül fəaliyyət zamanı belə yorğunluğun artması, “beyin dumanı” və əzələ-oynaq ağrıları CFS-in göstəriciləri ola bilər.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr