AZ

Canlı efirdə Allahverdi Yolçuyevin halı pisləşdi Video

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Tanınmış aktyor Allahverdi Yolçuyev canlı efirdə olarkən halı pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu gün ARB TV-də yayımlanan “Günə Uğurla” proqramında qonaq olan aktyorun vəziyyəti pisləşdiyinə görə təcili yardım çağırılıb.

Daha sonra aktyor efirdən çıxarılıb. Verilişin aparıcısı bildirib ki, aktyor efirdən əvvəl iki dərman qəbul edib. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ARB televiziya kanalından çağırış daxil olub. Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Tanınmış aktyor Allahverdi Yolçuyevə arterial hipertenziya diaqnozu ilə yerində tibbi yardım göstərilib”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
8
qafqazinfo.az

9Mənbələr