"Səbail" klubu heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, onlar bu dəfə Paulinyonu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" hazırda I Liqada 3 turdan sonra 9 xalla 2-ci yerdədir.