AZ

Görün, “Qarabağ” Respublika stadionunda nə yenilik etdi! - FOTOLAR

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda yeniliyə əl atıb.

VİP biletə sahib azarkeşlər bundan sonra 14 və 15-ci sektorlarda yox, qarşı tribunada - iri həcmli monitor olan sektorlarda yer alacaq. Belədə media sektorun yeri nisbətən dəyişdirilib.

Oturacaqlar qırmızıörtüklərlə qapadılıb, VİP azarkeşlər üçün stadionun ərazisində restoran ın inşasına başlanıb.

Buna səbəb əvvəlki VİP-lojanın UEFA-nın ixtiyarına verilməsidir.

“Qarabağ” klubu Avropa təcrübəsindən yararlanaraq sektorlara işğaldan azad olunan rayonların adını verib.

Maraq üçün bildirək ki, VİP biletlər 200-500 manat aralığında dəyişir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr