AZ

“Həməsin mövqeyi İsrailin hərəkətlərindən asılıdır”- Politoloqdan AÇIQLAMA

 “Həməsin mövqeyi İsrailin hərəkətlərindən asılıdır”.

News365.az xəbər verir ki, politoloq Rəşad Bayramov İsrail və Həməs arasında vəziyyəti şərh edib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə proqnoz vermək çətindir, çünki həm İsrailin atdığı addımlar, həm də Həməsin reaksiyaları müharibənin uzun müddət davam etməsinə səbəb olub.

“Bu ilin fevral ayında İsrail ilə Həməs arasında 3 mərhələli atəşkəs dövründə 2-ci mərhələnin icrasında problemlər ortaya çıxmışdı. Həməs liderləri həmin vaxt bəyan etmişdi ki, planın sonunda qəzan idarəçiliyindən tamamilə çəkilə bilərlər. Lakin İsrailin əhalini köçürmə planı və bombardımanları Həməsi bu planı dayandırmağa məcbur etdi”, – deyə Rəşad Bayramov bildirib.

Politoloq qeyd edib ki, hazırda Trump administrasiyasının təqdim etdiyi 20-maddəlik sülh planında Həməsi razı sala biləcək əsas məsələ, Həməsin silahları təhvil verib qəzan idarəçiliyindən çəkilməsi ola bilər:

“Onsuz da Həməs bildirib ki, əgər İsrail işğal altında saxladığı ərazilərdən geri çəkilsə, hər hansı problem qalmayacaq”.

Seçilən
11
news365.az

1Mənbələr