AZ

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq sərgidə iştirak edir

Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, birinci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti İtaliyada "SEAFUTURE 2025" IX Beynəlxalq Sərgisində iştirak edir/

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər İtaliya HDQ komandanı, admiral Enriko Kredendinonun dəvəti ilə baş tutub.

Dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgiyə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar qatılıb.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

Seçilən
9
20
bakivaxti.az

10Mənbələr