Sivasın Yıldızeli rayonunda yük maşını ilə sərnişin avtobusu toqquşub.
Bizim.Media xəbər verir ki, Çamlıbel keçidində baş verən qəzada ilkin məlumata görə, 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım, axtarış-xilasetmə və polis briqadaları göndərilib.
Yaralılar ilkin yardım göstərildikdən sonra Yıldızeli Dövlət Xəstəxanası və Sivasdakı digər xəstəxanalara çatdırılıb.
Bizim.Media